10 May 2015 01:14
691
12 Punto 14 Punto 16 Punto 18 Punto

Səudiyyə Ərəbistanının Yəmənə münasibətdə hərbi kampaniyası böyük strateji səhvdir. Musavat.com-un xarici KİV-ə istinadən verdiyi xəbərə görə, belə bir bəyanatı İran prezidenti Həsən Ruhani İran “Qızıl Aypara” cəmiyyətinin konfransında çıxışı zamanı verib.

“Ər-Riyad Yəməndə hərbi kampaniyaya başlamaqla çox böyük strateji səhvə yol verib. Əslində bu, müharibə də deyil, qonşu ölkəyə vicdansızcasına hücumdur. Bu kasıb ölkəyə inkişaf eləmək üçün kömək göstərmək əvəzinə, Səudiyyə Ərəbistanı yoxsul Yəmən xalqını bombalayır” – qeyd edib İran dövlət başçısı.

Onun sözlərinə görə, ölkədə yaranan fəlakətli humanitar vəziyyət “bütün dünya üçün tarixi sınaqdır”. O, Tehranın bundan sonra da Yəmənə humanitar kömək göndərmək üçün bütün imkanlardan istifadə edəcəyini bildirib.


Müəllif:

Oxşar xəbərlər