12 May 2015 08:05
690
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Airbus A400M” təyyarəsini sınaqdan keçirən Almaniya Hərbi Hava Qüvvələri onun uçuşunu müvəqqəti olaraq dayandırıb.

“Spiegel Online” həftəlik nəşrində bildirilib ki, uçuşlar Sevilyadakı qəzanın baş vermə səbəbləri üzrə təhqiqat başa çatdıqdan sonra bərpa ediləcək. Bununla yanaşı, Birləşmiş Krallığın Hərbi Hava Qüvvələri də bu tipli iki təyyarənin uçuşunu müvəqqəti olaraq dayandırıb.

Xatırladaq ki, “A400M” hərbi-nəqliyyat təyyarəsi mayın 9-da Sevilya aeroportu yaxınlığında sınıq uçuşu zamanı qəzaya uğrayıb. Təyyarədə “Airbus” şirkətinin ispaniyalı əməkdaşları olublar. İspaniyanın fövqəladə hallar idarəsinin son məlumatına görə, ekipajın dörd üzvü həlak olub, habelə iki nəfər yaralanıb, bir nəfər isə yoxa çıxıb.

İstehsalçı şirkət isə “A400M” hərbi-nəqliyyat təyyarəsinin Türkiyə ordusu üçün nəzərdə tutulduğunu bildirib.


Müəllif:

Oxşar xəbərlər