12 May 2015 17:44
521
12 Punto 14 Punto 16 Punto 18 Punto

İranla “altılıq” ölkələri arasında Vyanada nazir müavinlǝri sǝviyyǝsindǝ görüş keçirilir.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bununla bağlı İran Xarici İşlǝr nazirinin müavini Seyyid Abbas Arakçı açıqlama verib. Onun sözlərinə görə, müzakirələr mayın 15-dək davam edəcək.

Arakçı sanksiyaların ləğvi ilə bağlı bəzi məsələlərdə razılığın tam əldə edilməsinin vacibliyini vurğulayıb.

“Altılıq” ölkələri isə nüvǝ fǝaliyyǝtlǝrin tamamilǝ sülh mǝqsǝdli olduğu ilə bağlı İran tərəfindən izahat istəyib.

Qeyd edǝk ki, İran ilǝ “altılıq” ölkǝlǝri arasında bu ilin aprǝlin 2-dǝ İsveçrǝnin Lozanna şǝhǝrindǝ razılıq ǝldǝ olunub vǝ yekun sazişin iyunun 30-dǝk tamamlanması barǝdǝ razılaşıldırılıb.

Samir


Müəllif:

Oxşar xəbərlər