12 May 2015 22:15
722
12 Punto 14 Punto 16 Punto 18 Punto

Böyük Britaniya Krallığı Ermənistandakı səfirini dəyişib.

Teleqraf.com “BBC”yə istinadən xəbər verir ki, Ketrin Liçin yerinə Cudit Farnvort təyin edilib.

Qeyd edək ki, Cudit Farnvort buna qədər Böyük Britaniyanın Qırğızıstandakı diplomatik missiyasına rəhbərlik edib. Yeni səfir bu ilin sentyabr ayından səlahiyyətlərinin icrasına başlayacaq.

Mərkəzi Avropa və Postsovet ölkələri üzrə mütəxəssis olan Farnvort daha əvvəl daha əvvəl Böyük Britaniyanın Latviya, Ukrayna və Çexiyadakı səfirliklərində müxtəlif vəzifələrdə çalışıb.


Müəllif: