13 May 2015 11:53
830
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Dövlət katibi Con Kerri və Rusiya xarici işlər naziri Sergey Lavrov Soçi şəhərindəki görüşdən sonra birgə mətbuat konfransı keçirib.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, Kerri ABŞ və Rusiyanın Suriyadan kimyəvi silahların çıxarılması məsələsində yaxından əməkdaşlıq etdiyini deyib.

O bildirib ki, buna baxmayaraq, ölkədə hələ də məsum insanların həyatı təhlükə altında qalmaqdadır: “ABŞ Suriyada sülhün əldə ediləcəyinə inanır. Bu məsələ ilə bağlı yaxın günlərdə Rusiya ilə ətraflı danışıqlar aparacağıq”.

Lavrov da ABŞ Dövlət katibinin sözlərini təsdiqləyib. Onun sözlərinə görə, 2012-ci ilin iyunun 30-da əldə edilmiş razılığın müddəalarının yerinə yetirilməsi ilə bağlı müəyyən görüşlər keçirilməlidir.

Samir


Müəllif:

Oxşar xəbərlər