14 May 2015 20:20
1 386
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın “Nairit” kimya zavodunun işçiləri hökumət binasının qarşısında ikigünlük oturaq aksiyaya başlayıblar.

Publika.az “1in.am” saytına istinadən xəbər verir ki, aksiya iştirakçıları zavodun yenidən işə salınması və maaşlar üzrə yaranan borcların ödənilməsini tələb edirlər.

Zavodun işçiləri bildiriblər ki, aksiya onların tələbləri yerinə yetirilənə kimi davam edəcək. Onlar növbə ilə bütün gecə hökumət binasının qarşısında qalacaqlarını bəyan ediblər.


Müəllif:

Oxşar xəbərlər