Başda Әlcǝzair olmaqla Şimali Afrikanın müxtǝlif ölkələrində terror aktları hǝyata keçirǝn “Murabitun” tǝşkilatının döyüşçüləri İraq Şam İslam Dövləti (İŞİD) terror təşkilatına sadiq olduqlarını açıqlayıb.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, terrorçular İŞİD-in siyasətini və gördüyü işləri davam etdirəcəklərini bildiriblər.
Bu arada Nigeriyanın Borno ǝyalǝtinin paytaxtı Maiduguridǝ “Boko Haram” terror tǝşkilatına qarşı xüsusi əməliyyat keçirilib. Toqquşmalar zamanı çoxlu sayda terrorçu öldürülüb. Bölgədə komendant saatı elan edilib. Rəsmilər bu addımın günahsız insanları qorumaq məqsədi ilə atıldığını qeyd ediblər.
Samir