Mayın 18-də Brüsseldə Aİ-Türkiyə Assosiasiyası Şurasının iclası keçiriləcək. Aİ nümayəndə heyətinə Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti məsələləri üzrə ali nümayəndəsi Federika Moqerininin adından Latviyanın xarici işlər naziri Edqars Rinkeviçs başçılıq edəcək.
İclasda Aİ ilə Türkiyənin nümayəndə heyətləri Aİ-Türkiyə münasibətlərini və bu münasibətləri yaxşılaşdırmaq imkanları barədə fikir mübadiləsi aparacaqlar. Tərəflər Türkiyənin namizəd ölkə qismində Aİ-yə daxil olması haqqında danışıqların gedişatını və perspektiv məsələləri müzakirə edəcəklər. Bundan əlavə, regional təhlükəsizliyə, terrorizmə qarşı mübarizəyə və miqrasiya sahəsində əməkdaşlığa dair aktual məsələlər müzakirə olunacaq.