Qazaxıstanın Kokşetay bölgəsində dəhşətli hadisə baş verib.
Teleqraf.com xəbər verir ki, polis şübhəli şəxsin evində axtarışlar zamanı mumiya aşkar edib. Məlum olub ki, ər 8 il əvvəl öz arvadını öldürərək, mumiyalayıb və onun nə vaxtsa yenidən diriləcəyinə inanıb.
Dindirilmə zamanı kişi arvadının istəyi ilə bunu etdiyini bildirib. Hazırda təhlükəsizlik işçiləri hadisənin necə baş verdiyini və kişinin psixoloji durumunu araşdırırlar.
Samir