Çində mühafizəçinin işlədiyi fabrikdən 1000 ədəd yumurtanın oğurlaması hamıda təəccüb yaradıb.
Teleqraf.com-un Türkiyə mətbuatına istinadən xəbər verir ki, mühafizəçi iki yumurta dolu çemodanla iş yerindən çıxararkən yaxalanıb.
Yumurtaların hamısının üstündə tarixləri yazılıb.
Polisə ifadə verən Qu günahını qəbul edib. O, yumurtaları "həqiqətən çox sevdiyini" deyib.
"Neçə dəfə oğurluq etdiyimi saymamışam. Yəqin ki, yüz dəfədən çox olub. Evimdəki hər şeyi oğurluqdu".
Mövzu haqqında danışan zavod rəhbərliyi bunları deyib:
"Hamı kimi biz də hadisənin səbəbkarının təhlükəsizlik işçisi olmasına təəccüblənmişik. Gecələr yanına gedə biləcəyi ailəsi yoxdu. Çalışqan və işinə hörmət edən işçi olduğunu düşünürdük".
Rüstəm