25 May 2015 14:41
575
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya və Azərbaycanın strateji tərəfdaşlığı ikitərəfli əməkdaşlıq və Cənubi Qafqaz regionunda sabitlik baxımından vacibdir.

Trend-in məlumatına görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskvada azərbaycanlı həmkarı Elmar Məmmədyarov ilə keçirdiyi danışıqların yekunu üzrə təşkil edilən mətbuat konfransında deyib.


Onun sözlərinə görə, iki ölkənin iqtisadi əlaqələri inkişaf edir, əmtəə dövriyyəsi tarixi maksimuma çatıb və ötən illə müqayisədə 12 faiz artıb.

S.Lavrov qeyd edib ki, bu ildə də müsbət dinamika müşahidə edilir: "Rusiyanın bir çox regionları Azərbaycanla əlaqə saxlayır. Yekaterinqburqda VI Rusiya-Azərbaycan forumunun keçirilməsinə hazırlıq görülür".


Müəllif:

Oxşar xəbərlər