Əfqanıstanın şərqində Nangarhar vilayətinin mərkəzi Cəlalabad şəhərindəki polis idarəsinə silahlı şəxslər tərəfindən hücum olub.
Teleqraf.com “Cihan” agentliyinə istinadən xəbər verir ki, hücum zamanı 5 silahlı öldürülüb, 1 dinc sakin və 9 polis yaralanıb. Rəsmilər 1 terrorçunun sağ ələ keçirildiyini bildiriblər.
“Taliban” terror qruplaşması məsuliyyəti öz üzərinə götürüb.
Samir