5 İyun 2015 01:25
1 432
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qərb ölkələrindən olan bir qrup qadın öz övladlarını İŞID sıralarını tərk eləməyə inandırmağa çalışıblar. Musavat.com-un məlumatına görə, bu barədə “The Guardian” nəşri xəbər yayıb. Xəbərə görə, terrorçuların anaları sosial şəbəkələrdə yaydıqları müraciətdə öz oğullarını tezliklə evə qayıtmağa səsləyib, daha inandırıcı olmaq üçün eyni zamanda müqəddəs Qurandan ayələr gətiriblər.

Açıq məktubda analar xatırladır ki, İslam valideynlərə hörmət etməyi və onlara əzab verməməyi buyurur.

“Hətta siz fikirləşirsinizsə ki, ölüm sizə daha yaxşı həyat bəxş edəcək, yenə unutmayın ki, Məhəmməd Peyğəmbər (s) deyib: “Cənnət sizin analarınızın ayaqları altındadır””
– müraciətdə qeyd edilir.

Sıralarında həm müsəlman, həm də qeyri-müsəlmanların olduğu analar bəyan ediblər ki, sosial şəbəkələr vasitəsilə yaydıqları çatdırışları ilə onlar həm də övladlarını aldadıb müharibəyə aparanları etiraz bildirmək istəyirlər.

“Sosial şəbəkə deyəsən terrorçuların əlində gəncləri cəlb eləmək üçün güclü alətə çevrilib. Odur ki, biz pazı pazla çıxarmaq qərarına gəldik” – Kanadadan olan terrorçunun anası Kris Bondrü deyib.


Müəllif: