ABŞ-ın rəhbərlik etdiyi koalisiya qüvvələrinə məxsus fransız təyyarələri İraqın Havice rayonunda İraq Şam İslam Dövləti (İŞİD) terror təşkilatının nəzarətində olan bölgələri bombardman edib.
Teleqraf.com “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bununla bağlı Kərkük vilayət məclisinin təhlükəsizlik komisiyyasının üzvü Məhəmməd əl-Cuburi açıqlama verib.
Onun sözlərinə görə, hücumlar zamanı 200 nəfər həyatını itirib. Ölənlərin əksəriyyəti dinc sakinlərdir. 28 ev dağıdılıb, onlarla şəxs isə yaralı halda xəstəxanaya çatdırılıb.
Samir