Türkiyə-Suriya sərhəddində sərhəddini qanunsuz keçmək istəyən bir qrup şəxs saxlanılıb.
Trend türkiyə mətbuatına istinadən xəbər verir ki, saxlanılan 18 nəfərdən 4-ü kişi, 6-sı qadın, 8-i isə uşaqdır. Bildirilir ki, onlar sərhədi “İŞİD” terrorçularına qoşulmaq məqsədilə keçmək istəyiblər.
Mətbuatın yazdığına görə, saxlanılanlardan 13-ü Rusiya, 4-ü Azərbaycan vətəndaşı olub.
Hələlik Azərbaycan vətəndaşlarının kimliyi açıqlanmır.
Saxlanılanların arasında Türkiyə, İspaniya, Böyük Britaniya, ABŞ xüsusi xidmətlərinin axtardığı rusiyalı yeniyetmə Varvara Karaulova da var. V.Karaulova bu il mayın 28-də evdən çıxıb və bir geri qayıtmayıb.