İngiltərə İraq Şam İslam Dövləti (İŞİD) terror təşkilatı ilə mübarizə məqsədilə İraqa əlavə hərbi qüvvə göndərmək qərarına gəlib.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bununla bağlı İngiltərənin Baş naziri Devid Kemeron Almaniyada keçirilən “Böyük yeddilik” kiderlərinin zirvə toplantısında deyib: “İraq ordusunu partlayıcılarla mübarizə mövzusunda maarifləndirmək üçün əlavə olaraq 125 nəfərlik hərbi personal göndərəcəyik”.
Bu əsgərləri də göndərdikdən sonra İngiltərənin İraqdakı hərbçilərinin sayı 300 nəfərə çatmış olacaq.
Samir