9 İyun 2015 20:57
773
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan prezidenti Yerevan “Nairit” zavodunun işçilərinə təxminən iki il verilməyən maaşlarını bir ay ərzində ödəmək əmri verib, lakin zavodun işçiləri hökumət binası önündə mütəmadi etiraz aksiyalarına son qoymaq qərarına gəlməyiblər.

İyunun 9-da maaş tələbi və “Biz mühacir olmaq istəmirik” şüarları ilə hökumət binası qarşısına toplaşan etiraz iştirakçıları burada fasiləsiz tətil təşkil etmək məsələsini nəzərdən keçiriblər.

Etiraz aksiyası iştirakçıları ilə görüşən Ermənistan energetika və təbii ehtiyatlar naziri Yervand Zaxaryan əmək haqqı üzrə borcların iyulun 15-nə kimi ödənəcəyini vəd edib. Borcun məbləği təxminən 15 milyon dollar təşkil edir.

Zaxaryan məsələnin prezident Sarkisyan və baş nazir Abrahamyanın iştirakı ilə müzakirə olunduğunu qeyd edib, lakin maaşların ödənilməsinin mənbəyini açıqlamayıb.

Son illər ziyanla işləyən, vaxtilə Ermənistan kimya sənayesinin qabaqcıl müəssisəsi olan “Nairit” zavodunun işçiləri il yarımdan iki ilə qədər əmək haqqı almayıb, zavodun 1500-dən çox işçisi bu ilin əvvəlindən ixtisar edilib.

Zavodun artıq sabiq mətbuat katibi Anuş Harutyunyan etirazçıların əksəriyyətinin vədlərə inanmadığını bildirir. Hazırda aksiya iştirakçıları “gələcək addımlarını” müzakirə edirlər.


Müəllif:

Oxşar xəbərlər