10 İyun 2015 14:02
2 233
12 Punto 14 Punto 16 Punto 18 Punto

“ABŞ dünya üçün Rusiyadan daha təhlükəlidir”.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin İtaliyanın “Corierra Della Sera” qəzetinə verdiyi müsahibəsində bildirib.

Onun sözlərinə görə, Rusiya dünya dövlətləri üçün heç bir təhlükə törətmir: “NATO ölkələrinin hərbi xərcləri Rusiyadan 10 qat çoxdur. ABŞ-ın bu sahədə xərcləri isə bütün dünya ölkələrini geridə qoyur. Rusiyanın yalnız Qırğızıstan, Tacikistan, Əfqanıstan və Ermənistanda terror təhlükəsinə qarşı bazası var. Dünya xəritəsinə nəzər salaq və ABŞ-ın bazalarına baxaq, aramızdakı fərqi görürsüz”.

Putin ABŞ təyyarələrinin tez-tez Rusiya sərhədinə yaxın ərazilərdə uçuşlar həyata keçirdiyini deyib: “NATO isə Şərqi Avropada təlimləri davam etdirir. Bu Rusiya üçün birinci təhlükədir. İkinci təhlükə isə ABŞ-ın Norveçdə yerləşdirdiyi raketlərdir. Vaşinqton bu raketlərlə Rusiyanı 17 dəqiqə ərzində vura bilər”.

Samir


Müəllif:

Oxşar xəbərlər