Türkiyədə 7 iyun seçkisindən təxminən dörd gün sonra kamera qarşısına çıxan prezident Rəcəb Tayyib Ərdoğan onu tənqid atəşinə tutan Qərb mətbuatına sərt reaksiya verib.
Ərdoğan Qərb mətbuatıyla bağlı danışarkən bunları deyib:
"Xüsusilə mənə qarşı bütün çirkin, aqressiv və həqiqətən də səviyyə itkisinə uğramış Qərb mediasının şərhlərini təbii ki, çirkin olduğunu buradan açıqlamaq məcburiyyətindəyəm."
Ərdoğan Qərb mətbuatının bu aqressiyasını anlamaqda çətinlik çəkdiyini vurğulayaraq sözlərinə belə davam edib: "Bunun bir şeyin dəlili olduğunu da demək istəyirəm. Allahıma şükürlər olsun. Demək ki, doğru yoldayıq. Onlar mənə tərif yağdırsaydılar, o zaman özümdən şübhələnərdim".