Kiril Qaburiçin başçılıq etdiyi Moldova hökuməti iyunun 16-da istefa ərizəsi verib. Müvafiq qərar bir gün əvvəl Nazirlər Kabinetinin iclasında qəbul olunub.
Prosedur Moldova Respublikası (MR) Konstitusiyasının, Hökumət haqqında Qanunun müddəalarına müvafiq olacaq. Qanuna görə, Baş nazir ilə bərabər, hökumət də tam tərkibdə istefa verməlidir. Baş nazirin və hökumətin istefa ərizəsi münasibət bildirməsi üçün parlamentə təqdim olunur.
Xatırladaq ki, parlament Kiril Qaburiç hökumətini MR-də minoritar hökumət presedenti yarananda - fevralın 18-də təyin edib. Mayın 29-da bu hökumətin ölkəni idarə etməsinin 100 günü tamam olub.