Çeçenistan rəhbəri Ramzan Kadırov Çeçenistanın güya yalnız Rusiya federal büdcəsindən alınan subsidiyalar hesabına inkişaf etməsi fikrilə razı olmadığını bəyan edib.
"Bu qınağı daim eşidirəm. Bizə subsidiyalar digər regionlara ayrıldığı həcmdə verilir - nə az, nə çox ", Kadırov İnterfax agentliyinə bildirib.
Onun sözlərinə görə, Çeçenistan getdikcə daha çox özü qazanmağa başlayır, "iqtisadiyyatın bəzi sahələrində isə artım 100 faiz təşkil edir".
"Bədxahlarımız hər şeyi mənfi bucaqdan göstərmək istəyirlər. Bizim respublika barədə şaiyə yayırlar kı, güya bütün vergilər Çeçenistana yönəldilir və orada yoxa çıxır. Bu, ağ yalandır", Kadırov qeyd edib.
RBK agentliynin hesablamalarına görə, 2001-ci ildən Rusiya büdcəsindən subsidiyalar və dotasiya şəklində Çeçenistana 464 milyard rubl vəsait ayrılıb.
Son 10 il ərzində təmənnasız ayrılmalar ildə 59 milyard rubl təşkil edib, İnterfax RBK agentliyinə istinadən bildirib.