23 İyun 2015 19:36
761
12 Punto 14 Punto 16 Punto 18 Punto

İngiltərə Kraliçası II Yelizaveta Almaniyaya 4 günlük ziyarətə gedib. Axar.az xəbər verir ki, Almaniya Prezidenti Yoahim Quak tərəfindən Almaniyaya dəvət edilən İngiltərə Kraliçası II Yelizavetaya əri Şahzadə Filip yoldaşlıq edir.

Kraliça Berlin və Frankfurtda olacaq və Berqen-Belsen toplama düşərgəsi muzeyini ziyarət edəcək. Kraliça II Yelizaveta Prezident Qaukdan əlavə, Baş nazir Angela Merkel ilə də görüşəcək.

Qeyd edək ki, kraliça Almaniyaya ilk dəfə bundan 50 il qabaq - 1965-ci ildə rəsmi səfər edib. Sonuncu dəfə isə 2004-cü ildə Berlində olub. Kraliça indiyə qədər Almaniyanı dörd dəfə ziyarət edib.


Müəllif: