Rusiya Ermənistan Silahlı Qüvvələrini müasir silahlarla təchiz etmək üçün İrəvan hökumətinə 200 milyon dollar güzəştli kredit ayıracaq.
Teleqraf.com unian.net-ə istinadən xəbər verir ki, bu barədə Ermənistan prezidentinin mətbuat xidməti məlumat yayıb. Bildirilir ki, məsələ ilə bağlı Serj Sarkisyanın Rusiyanın nəqliyyat naziri Maksim Sokolovla görüşündə saziş imzalanıb.
Xatırladaq ki, iyunun 19-dən Ermənistanda elektrik enerjisi tariflərinin artırılmasına etiraz əlaməti olaraq kütləvi aksiyalar keçirilir.
Samir