Türkiyənin Çanaqqala yarımadasının yaxınlığındakı Dardanel boğazının şimal hissəsində "Celestyal Crystal" sərnişin gəmisi məhsul daşıyan "STI Pimlico" tankeri ilə toqquşub.
Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumatına görə, insident nəticəsində heç kəs xəsarət almayıb.
Məlumata görə, bütün sərnişin və ekipaj heyəti sağ-salamatdır: "Sərnişin gəmisi cüzi zərər görüb. Ekspertlər gəmiyə baxmalıdırlar".
Qeyd edək ki, gəminin heyətində 853 sərnişin,382 ekipaj üzvü olub. O, Yunanıstanın Mikonos adasından İstanbula istiqamət almışdı.