29 İyun 2015 01:15
716
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın paytaxtı İrəvanda, etirazçıların toplaşdığı Baqramyan prospektində vəziyyət gərgin olaraq qalır.

APA-nın Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, polis şəhərin mərkəzi küçələrini bağlayıb, Baqramyan prospektinə xüsusi təyinatlılar gətirilib.

Aksiya iştirakçılarından bir qismi Azadlıq meydanına keçsə də, əksəriyyət Baqramyan prospektində qalmaqdadır.

Ermənistanın ictimai xadimləri, deputatlar və şou-biznes nümayəndələri nümayişçilərlə polis arasında “canlı sədd”qurublar.

Xatırladaq ki, İrəvanda elektrik enerjisinin bahalaşması əleyihinə kütləvi etiraz aksiyaları keçirilir.


Müəllif:

Oxşar xəbərlər