29 İyun 2015 11:11
1 027
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gecə Ermənistan paytaxtı İrəvanda daha bir siyasi fəal həbs edilib.

Teleqraf.com lenta.ru-ya istinadən xəbər verir ki, bu, 1993-ci il təvəllüdlü Aram Akopyandır. Saxlanılan zaman müqavimət göstərdiyi üçün onun barəsində istintaq başlanıb. Akopyanın silahlı mübarizəyə çağırış etdiyi uçün həbs olunduğu bildirilir. Təhqiqat aparılır.

Gecə saatlarında İrəvanın polis rəisinin müavini, polkovnik Valeri Osipyan etirazçıların toplandığı Marşal Baqramyan prospektinə gəlib. O, mitinq iştirakçılarını yenidən Azadlıq meydanına qayıtmağa və Baqramyan prospektini boşaltmağa çağırıb: “Siz qanunu pozursuz. Mən sizi Baqramyan prospektini tərk etməyə, aksiyanı Azadlıq meydanında davam etdirməyə çağırıram. Sizin burada mitinq keçirməyiniz ətraf binada yaşayan əhalinin istirahətinə mane olur”.

Qeyd edək ki, ermənilər enerji tariflərinin artırılmasına qarşı iyunun 19-dan başlayaraq, fasiləsiz aksiyalar keçirirlər.

Samir


Müəllif:

Oxşar xəbərlər