29 İyun 2015 12:35
1 526
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın paytaxtı İrəvanın Azadlıq meydanında vəziyyət gərgin olaraq qalmaqdadır.

Teleqraf.com news.am-a istinadən xəbər verir ki, meydana toplaşanlar Baqramyan prospektindəki etirazçıları hərəkatı siyasiləşdirməkdə ittiham edirlər.

“Talana yox!” aksiyasının fəallarından olan Gevorq Qorqisyan etirazçıları təxirbata uymamağa çağırıb: “Elektrik enerjisinin bahalaşmasına qarşı mübarizə aparanlar burada toplaşıb. Onların Baqramyan prospektində toplaşmasını başa düşmək olmur. Nümayişçilər Ermənistan prezidenti Serj Sarkisyan ilə şahmat oynayır. Biz addım atdıq. İndi hökumətin növbəsidir”.

Rəsmi məlumatlara görə, hazırda Baqramyan prospektində 3 mindən çox insan toplaşıb. Onlar hökumətin aksiyalarını Azadlıq meydanında davam etdirmək və Baqramyan prospektindəki barrikadaları ləğv etmək tələblərini rədd ediblər.

Samir


Müəllif:

Oxşar xəbərlər