29 İyun 2015 20:22
916
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa Komissiyasının rəhbəri Jean-Claude Juncker bildirib ki, uğursuz danışıqlar zamanı Yunanıstanın göstərdiyi “lovğalığa” görə “xəyanətə məruz qaldığını” düşünür. Mətbuat konfransında çıxışı zamanı o bildirib ki, Yunanıstanın təklifləri “gecikib” ya da “bilərəkdən dəyişdirilib” və yunan xalqına “həqiqəti demək lazımdır”, lakin danışıqlar üçün qapılar hələ də açıqdır.

Yunanıstan sürpriz referendum çağırışı edib, ölkədəki banklar isə bir həftəlik qapadılıb. İspaniya Yunanıstanın avrozonadan mümkün çıxışı ilə bağlı nəticələrə tamamilə hazırdır, İspaniya iqtisadiyyat naziri Luis de Guindos bəyan edib. "Bizim bankların vəziyyəti, bizim vergi siyasəti, iqtisadi yüksəliş və iqtisadi yarış qabiliyyətimiz İspaniya iqtisadiyyatının ayaq üstündə çox möhkəm dayandığının qarantiyasıdır. Biz heç vaxt indiki kimi belə bir vəziyyətə hazır olmamışdıq və üç il bundan əvvəlkindən daha da hazırlıqlıyıq".

Bu gün səhərdən İspan əskinaslarının dəyəri artıb, cünki investorlar narahatdır ki, Yunanstan hadisələrindən sonra Avropanın nisbətən zəif iqtisadiyytaları, məsələn İspaniya kimi, kritik vəziyyətə düşə bilər.

Yunanıstanın banklarını bağlaması və nəzarəti gücləndirməsinin ardından Avropa və Asiyadakı fond bazarlarında böyük eniş müşahidə edilib. Londonun FTSE 100 indeksində 2 faiz eniş baş verib. Asiyada isə Yaponiyanın Nikkei indeksi təxminən 3 faiz aşağı düşüb. Valyuta bazarlarında avro bir məqamda 1.0953 dollara düşsə də, sonradan bərpa olub.

Avropanın digər yerlərində, Almaniyanın Dax indeksi və Fransanın Cac 40 indeksi 3 faizdən artəq aşağı düşüb. Afinanın Fond Birjası və yunan bankları bütün həftə boyu bağlı olacaq.

Yunanıstan hökuməti təsdiqləyib ki, banklar bütün həftə boyu bağlı olacaq. Avropa Mərkəzi Bankı yunan banklarına yardımın uzadılmasına razılıq verməyib.

Nəğd pul çıxarılması günə 60 avro limitinə endirilir, qərarda deyilir. Afina çərşənbə axşamı BVF-na 1.6 milyard avro ödəmə etməlidir. Həmin gün ölkəyə iqtisadi yardım paketinin müddəti də başa çatır. Daha əvvəl Yunanıstanla avrozona ölkələrinin yardım paketi ilə bağlı danışıqları heç bir razılıq olmadan başa çatıb.

Bundan sonra baş nazir Alexis Tsipras iyulun 5-də məsələ ilə bağlı referendumun keçirilməsinə çağırıb.Parlament referendumla bağlı planı təsdiqləyib.

Yunanıstan defolt riski ilə üzləşib və avrozonanı tərk etməyə yaxındır. Bankların bağlanması ilə bağlı qərar rəsmi dövlət qəzetində dərc edilib. Yunanıstan hökuməti bu qərara bazar günü keçirilmiş görüşdə gəlib. Sənəddə deyilir ki, avrozona “Yunanıstana yardım razılaşmasını uzatmaqdan imtina etdiyi üçün”, bu cür tədbirlərin həyata keçirilməsinə qərar verilib.

60 avro məhdudiyyəti xarici bank kartları olan şəxslərə aid edilməyəcək. Yunanlar həftə sonu banklardan pul çıxartmaq üçün növbəyə düzülüblər, nəticədə bəzi bankomatlarda əmanət tükənib.


Müəllif:

Oxşar xəbərlər