NASA-nın canlı yayımında əks olunan görüntülər UNO (Uçan naməlum obyektlər) mübahisələrini yenidən qızışdırıb.
Teleqraf.com "Mirror"a istinadən xəbər verir ki, görüntülər NASA-nın canlı yayımı yarımçıq kəsməsi ilə nəticələnib. Kadrlarda növbə ilə üç parlaq nöqtənin Yerdən uzaqlaşdığı görünür.
Bəzi ufoloqlar bu nöqtələrin UNO olduğunu iddia edib. Ufoloqların fikirincə, bu kadrlar yad planetlilərin yeri ziyarət etdiyinə dair iddiaları bir daha sübut edir.
Qısa müddət ərizndə bu görüntülər dünyanın diqqətini üzərinə toplaya bilib.
İnsanların çoxu isə NASA-nın yayımı kəsməsini tənqid edib. NASA özü isə görüntülərlə bağlı rəsmi açıqlama verməyib.
Xəbər bir çox dünya şöhrətli mətbuat orqanları tərəfindən də yayımlanıb.
Teleqraf.com həmin videonu təqdim edib:
Rüstəm