3 İyul 2015 17:00
2 887
12 Punto 14 Punto 16 Punto 18 Punto

İngiltərənin Kembric Universitetində təkamül bioloqu olan professor Simon Konvey Morris yadplanetlilər barədə danışıb.

Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, professor "Yadplanetlilər varsa və biz tanış olma şansını əldə etsək, onların tamamilə insana bənzədiyini görəcəyik" deyib.

"Runes of Evolution" adlı təzə kitabında Morris "insanın yaranmasına yol açan təkamül prosesinin təkcə dünyada deyil, oxşar şərtlərə malik planetlərdə də ortaya çıxa biləcəyi" iddiasını irəli sürüb.

Bioloq "Əlbəttdə dünyaya bənzəyən bütün planetlərdə insana oxşar canlıların və həyatın olacağını demirəm. Ancaq bu planetlərdə bir bitki olacaqsa da, o, yerdəkilərə çox bənzəyəcək" deyə düşünür.

Rüstəm


Müəllif:

Oxşar xəbərlər