Avropa İttifaqı Şurasının sədri Donald Tusk Avrozona liderlərini təcili toplantıya çağırıb.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, Tusk liderlərin iyulun 7-də Brüsseldə Yunanıstanın vəziyyətini müzakirə edəcəklərini bildirib.
O, Yunanıstanda keçirilən referendumun nəticələrinin təəssüf doğurduğunu deyib: “Bu nəticə Yunanıstanın gələcəyi üçün təhlükədir. Yunan iqtisadiyyatında vəziyyətin normallaşması üçün islahatlar qaçılmazdır. İndi Afinanın atacağı addımı gözləyirik”.
Samir