Amerika Birləşmiş Ştatları rəhbərlik etdiyi koalisiya qüvvələrinə məxsus təyyarələr İraq və Suriyada İraq Şam islam Dövləti (İŞİD) terror təşkilatına qarşı hava hücumları həyata keçirib.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, döyüş təyyarələri və pilotsuz hava qurğuları vasitəsilə Suriyada İŞİD hədəflərinə 15, İraqda isə 16 hava hücumu reallaşdırılıb.
Hücumlarda çox sayda İŞİD terrorçusu öldürülüb, zirehli vasitələr ələ keçirilib, anbarlar və sığınacaqlar yararsız hala salınıb.
Samir