Nigeriyada İtaliyanın enerji nəhəngi “Eni” şirkətinə məxsus neft boru kəmərində partlayış baş verib.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, ilkin məlumatlara görə, partlayış nəticəsində 12 nəfər ölüb, 3 nəfər isə yaralanıb.
Partlayış boru kəmərinin təmir aparılan hissəsində baş verib.
Qeyd edək ki, kəmər bir müddət əvvəl təxribat nəticəsində ziyan görüb.Şirkət rəhbərliyi hadisənin səbəblərinin araşdırıldığını bildirib.
Samir