11 İyul 2015 23:07
941
12 Punto 14 Punto 16 Punto 18 Punto

Srebrenitsa soyqırımının 20-ci ildönümü ilə bağlı keçiriləcək anım mərasimində 70 minədək insan iştirak edəcək.

AZƏRTAC RIA Novosti informasiya agentliyinə istinadla xəbər verir ki, hər il iyulun 11-də Potoçaridəki memorial mərkəzdə keçirilən mərasimdə bu il ABŞ-ın keçmiş Prezidenti Bil Klinton, BMT baş katibinin müavini Jan Mari Genno, Sloveniya Prezidenti Borut Pahor, Xorvatiya Prezidenti Kolinda Qrabar-Kitaroviç, Monteneqro Prezidenti Filip Vuyanoviç, Makedoniya Prezidenti Georgi İvanov, Serbiyanın Baş naziri Aleksandr Vuçiç və başqaları iştirak edəcək. Bu dəfə memorial mərkəzin qəbiristanlığında 20 il bundan əvvəl baş vermiş soyqırımının son zamanlar şəxsiyyəti müəyyən edilən 136 qurbanının qalıqları dəfn ediləcək.

Ekspertlərin fikrincə, 1995-ci ilin iyul ayında Srebrenitsa şəhərində 8 minə qədər müsəlman öldürülüb. Keçmiş Yuqoslaviyaya dair Beynəlxalq Tribunal və Beynəlxalq Məhkəmə bu hadisəni soyqırımı kimi tanıyıb.


Müəllif:

Oxşar xəbərlər