Almaniyanın Şelzheim şəhərində Bilal Həbəşi məcsidinə hücum olub.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, hücum gecə namazı vaxtı baş verib. Hadisə zamanı hücumçular məscidin divarlarına qırmızı və qara rəngli spreylərlə svastika və nasist simvolları çəkiblər.
Məscidin qarşısında oturan azyaşlı türkün qışqırması ilə təcavüzkarlar qaçaraq hadisə yerindən uzaqlaşıb.
Faktla bağlı araşdırmalar başlanıb.
Samir