22 İyul 2015 13:58
694
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ prezidenti Barak Obama Pensilvaniya əyalətində ölkə sərhədləri xaricində vəzifə icra etmiş hərbçilər üçün təşkil edilən proqramda çıxış edib.

Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, Obama İranla nüvə müqaviləsi barədə də danışıb və deyib:

“ABŞ hər hansı bir qarşıdurmanın içinə sürüklənməməlidir. Uşaqlarımızı döyüşə yollama ehtimalı ən son çarədir. Onların həyatlarını təhlükəyə atmazdan əvvəl əlimizdən gələn bütün alternativləri müzakirə və həll etməliyik. P 5 + 1 ölkələri ilə İran arasında əldə olunan razılaşma ABŞ müxalifətini razı salmayıb. Bəzi dairələr İran mövzusunda diplomatik həll axtarışlarını hər zaman rədd edir. Onlar bundan əvvəl Amerikanı İraq müharibəsinə sürükləyənlərdir. Halbuki ölkənin təhlükəsizliyini təmin etmənin daha ağıllı və məsuliyyətli yolları vardır. Biz bunu etməyə çalışırıq. Bütün dünyanın ortaq fikrə gəldiyi nöqtələrdə qalxıb təkbaşına hərəkət etmək doğru deyil.”

Daha sonra Obama İranda həbsdə olan ABŞ vətəndaşlarının da azad edilməsi mövzusuna toxunaraq deyib:

“İrana qarşı terrora verdiyi dəstək və insan hüquqları pozuntularına qarşı sanksiyalarımız davam edəcək. İranın təhlükəli rəftarlarına qarşılıq bölgədəki müttəfiqlərimizlə, xüsusilə, İsraillə həmrəylik içində olmağa davam edəcəyik. İranda həbsdə olan vətəndaşlarımız sərbəst buraxılana qədər ona qarşı tətbiq etdiyimiz sanksiyalar barədə heç bir yumşalmağa getməyəcəyik."

ABŞ-da Respublikaçıların nəzarəti altında olan Konqresin rəhbərlik tərəfindən dünən təslim edilən müqaviləni nəzərdən keçirmələri üçün 2 ay zamanları var.

Konqresdən müqaviləyə rədd cavabı gəlsə, Obama ona veto qoya biləcək. Senat Obamanın vetosunu geri götürmək istəyərsə, üçdə iki səs alması, yəni ən az 67 senatorun dəstəyinə ehtiyacı vardır.

Qeyd edək ki, Konqresdə nüvə razılaşmasına sentyabrın əvvəllərində səs verilməsi gözlənilir.

Rüstəm


Müəllif:

Oxşar xəbərlər