Səhər saatlarından başlayaraq Terrorla Mübarizə İdarəsi İstanbulda antiterror" əməliyyatı keçirir.
Teleqraf.com xəbər verir ki, əməliyyatda Çevik Polisin 2 min əməkdaşı və 3 min polis, xüsusi təyinatlılar və helikopterlər iştirak edib. İstanbulun 26 rayonunda əvvəlcədən müəyyən olunan 140 ünvana eyni zamanda həyata keçirilən əməliyyat davam edir.
Əməliyyatın İŞİD, PKK,YDG/H, DHKP/C kimi terror təşkilatlarına qarşı olduğu bildirlib.
Qısa müddətli toqquşmadan sonra DHKP/C üzvü olduğu müəyyən edilən bir qadının öldürüldüyü və hücumda istifadə etdiyi silahının ələ keçirildiyi öyrənilib.
Anadolu Agentliyinin verdiyi məlumata görə, əməliyyatlar hələ də davam edir.
**** 12.53
Polis keçirdiyi əməliyyat nəticəsində terror təşkilatlarına mənsub 251 nəfəri həbs edib.
"Həbs olunanlar haqqında istintaq proses davam edir"
Teleqraf.com əməliyyatdan olan videonu və fotoları təqdim edir:
Rüstəm