İraq ordusu, şiə könüllüləri və qərbin hava dəstəyi ilə şəhərin ətrafında yerləşən Anbar universtetinə hücuma keçib.
Musavat.com xəbər verir ki, bu haqda ordu qüvvələrinin nümayəndəsi məlumat verib: “Biz, universiteti “İslam Dövləti” döyüşçülərindən, yolları minalardan və fuqaslardan təmizləyirik”.
Anbar şəhər məclis üzvü Faliha əl-İsainin verdiyi məlumata görə, ordu universitet üzərində nəzarəti tam ələ alıb. O, həm də bildirib ki, bu döyüşlərdə şiə könüllüləri mühüm rol oynayıblar.
Şiə könülləri İslam İnqilabı Keşişçiləri korpusuna tabe olduğu üçün Amerika hərbiçiləri onlarla birlikdə mübarizədən imtina edir.