Bu gün NATO-nun Brüsseldə yerləşən mənzil qərargahında fövqəladə iclası başlayıb.
Teleqraf.com xəbər verir ki, Türkiyənin Suriyada və İraqda İŞİD və PKK terrorçularına qarşı apardığı əməliyyatlarla bağlı çağırılan iclasda çıxış edən NATO-nun baş katibi Cens Stoltenberq terrora qarşı mübarizədə Türkiyə ilə həmrəy olduqlarını bəyan edib.
Türkiyənin çağırışı ilə keçirilən iclasda C. Stoltenberq bildirib ki, prosesləri yaxından izləyirlər: "Müttəfiqimiz Türkiyədə törədilən terror hadisəsindən təəssüfləndiyimizi bildiririk. Və terrora qarşı mübarizədə Ankara ilə həmrəyik”.