İsrailli millətçilər tərəfindən od vurulan evdə fələstinli uşaq yanaraq dünyasını dəyişib.
Teleqraf.com xəbər verir ki, bu barədə BBC məlumat yayıb. Hadisə Nablus şəhərinin Duma qəsəbəsində baş verib.
Şahidlər evə "Molotov kokteyli" bombası atıldığını deyib. Ata həyat yoldaşı və böyük oğlunu xilas etsə də, kiçik uşağını qurtara bilməyib. 18 aylıq körpə yanaraq can verib.
Cinayətkarlar evin yanındakı divara "intiqam" yazılan lövhə də qoyublar.
İsrail polisinin rəsmisi Lupa Samri hücumun millətçilərin etdiyindən şübhələndiklərini bildirib.
Rüstəm