İsveç rusiyalı diplomatı deportasiya etməsinə qarşılıq olaraq, Mosvkada da oxşar addım atıb.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bununla bağlı İsveç xarici işlər nazirinin sözçüsü İohan Tegel açıqlayıb. Onun sözlərinə görə, rusiyalı diplomat ölkədəki fəaliyyətinin İsveç qanunlarına zidd olduğu üçün deportasiya edilib.
Rusiyanın oxşar addım atması isə İsveç hökümətinin kəskin narazılığına səbəb olub.
Rusiya Xarici İşlər Nazirliyindən verilən açıqlamada Stokholmun attıdı addıma cavab olaraq, isveçli diplomatın arzuolunmaz adam elan edildiyi qeyd olunub.
Samir