5 Avqust 2015 12:21
807
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın paytaxtı İrəvanda elektrik enerjisi tariflərinin artırılmasına qarşı etirazlar səngimək bilmir.

Teleqraf.com TASS agentliyinə istinadən xəbər verir ki, etirazçı kütlənin yeni tələbi İrəvanda ictimai xidmətlərin tənzimlənməsi üzrə komisiyanın istefası olub. Onlar bu komisiyanın heç bir işə yaramadığını və tərkibinin yenidən qurulmasının vacibliyini bildiriblər.Bunun üçün "Qalx, Ermənistan" hərəkatı imza toplama kompaniyasına start verib.

Nümayişçilər həmçinin Ermənistanı elektrik ilə təmin edən şirkətin itirdiyi maliyyənin xalqdan yığılmasına qarşı şüarlar səsləndiriblər. Onlar Ermənistan hökumətini bu siyasətə son qoymağa və elektrik enerjisi tariflərinin artırılması ilə bağlı uğursuz qərarı ləğv etməyə çağırıblar.

Qeyd edək ki, yeni qərara görə, Ermənistanda enerji tarifləri 16 faiz bahalaşıb. Buna səbəb yerli elektrik şirkətinin ötən il 117 milyon dollar maliyyə itirməsi göstərilib.

Samir


Müəllif:

Oxşar xəbərlər