Rusiya xarici işlər naziri Sergey LavrovABŞ dövlət katibi Con Kerri ilə görüşüb.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bu görüş Malayziyanın paytaxtı Kuala Lumpurda Cənub-Şərqi Asiya Ölkələri üzrə Əməkdaşlıq Təşkilatı Xarici İşlər Nazirləri Toplantısı çərçivəsində baş tutub. Lavrov və Kerri Suriyadakı kimyəvi hücumlarda məsuliyyət daşıyan şəxslərin istintaqa cəlb edilməsi üçün yeni mexanizmin qurulmasını nəzərdə tutan layihə barədə razılaşıblar.
Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasında bu gün səsverməyə qoyulacaq layihə qəbul olunarsa, yaradılacaq heyət ilk hesabatını 90 gün içində BMT Baş Katibi Pan Ki Muna təqdim edəcək.
Qeyd edək ki, Suriyanın paytaxtı Dəməşq yaxınlığında 2013-cü ildən bu günə kimi kimyəvi silahdan istifadə edilən hücumda yüzlərlə vətəndaş həyatını itirib.
Samir