Misirdə isti havalardan ölənlərin sayı 40 nəfərə çatıb. Trend xəbər verir ki, bu barədə RİA Novosti Misirin "Al-Axram" qəzetinə istinadən məlumat verib.
Misirin Səhiyyə Nazirliyindən verilən məlumatda bir müddət əvvəl isti havalarda ölənlərin sayının 20 nəfər olduğu bildirilmişdi.
Məlumatda qeyd olunur ki, təkcə son gün ərzində Qahirədə istilərdən 11 nəfər dünyasını dəyişib. Paytaxtda temperaturun 37 dərəcə olduğu bildirilib.