Suriya prezidenti Bəşər Əsədə sadiq qüvvələr ölkənin şimal-qərbindəki İdlib şəhərinə raket hücumu təşkil ediblər.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bununla bağlı Suriya Ümumi İnqilab Şurası məlumat yayıb. Hadisə nəticəsində 30 dinc sakinin həyatını itirdiyi və onlarla şəxsin yaralandığı açıqlanıb.
Qeyd edək ki, İdlib müxalif qüvvələrin nəzarətindədir.
Samir