Ukraynada yaratdığı böhrana görə iqtisadi sanksiyalarla üzləşən Rusiya "qara siyahı"ya daha 4 ölkənin adını əlavə edib.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bu barədə Rusiya baş naziri Dmirti Medvedev məlumat verib.
Albaniya, Montenoqro, Lixtenşteyn və İslandiya bundan sonra Rusiyaya məhsul idxal edə bilməyəcək.
Medvedev həmçinin Kiyev və Avropa Birliyi arasında iqtisadi əməkdaşlıq müqaviləsi bağlanacağı təqdirdə 2016-cı ildən etibarən Ukraynadan da bəzi qida maddələrinin idxalının da qadağan ediləcəyini bildirib.
Samir