15 Avqust 2015 10:21
1 604
12 Punto 14 Punto 16 Punto 18 Punto

İraq Şam İslam Dövləti (İŞİD) terror təşkilatı lideri Əbu Bəkr Əl-Bağdadi Suriyada əsir götürdüyü ABŞ vətəndaşı Kayla Cin Müllerlə kəbin kəsdirib.

Teleqraf.com İngiltərə mediasına istinadən xəbər verir ki, bu barədə terrorçuların əsirliyindən qaçan 14 yaşlı qız məlumat verib. Onun sözlərinə görə, Bağdadi Mülleri özünün seks köləsi elan edib.

Qeyd edək ki, 2013-cü ilin avqustunda Suriyanın Hələb şəhərində girov götürülən Müllerə görə İŞİD terrorçuları ABŞ-dan 5 milyon avro tələb etmişdi.

Samir


Müəllif:

Oxşar xəbərlər