17 Avqust 2015 08:45
950
12 Punto 14 Punto 16 Punto 18 Punto

Suriyadakı fəalların yayadığı məlumata əsasən, Dəməşq yaxınlığında yerləşən Duma şəhərinə hökümət hərbi aviasiyasının hava zərbəsi nəticəsində azı 80 nəfər həlak olub.

Xəbərlərə görə, hücum nəticəsində 200-dək adam yaralanıb.

Hökümət qüvvələri vaxtaşırı olaraq üsyançıların nəzarətində olan Duma şəhəri və ətraf ərazilərə hücumlar edir, o cümlədən, hava reydləri keçirilir, helikopterlərdən çəllək bombaları atılır.

Xəbərlərə görə, bu cür reydlər nəticəsində müxalifətçi döyüşçülərlə yanaşı yüzlərlə mülki vətəndaş da həlak oldub.

Fəalların sosial şəbəkələrdə yaydığı fotolarda görünür ki, hava zərbəsindən sonra bazarın yerləşdiyi ərazi tamamilə xarabalığa çevrilib, ətrafdakı binalar dağıdılıb, yanğın yaxınlıqdakı avtomobilləri məhv edib.
Duma şəhərində fəallar AP agentliyinə vəziyyət "fəlakət" dərəcəsinə çatdığını bildiriblər, onların sözlərinə görə, klinikalar yaralılarla doludur.


Müəllif:

Oxşar xəbərlər