18 Aprel 2014 15:32
2 056
12 Punto 14 Punto 16 Punto 18 Punto

Cənubi Koreyada qəzaya uğrayan 400-dən artıq müəllim və şagirdi daşıyan gəmidə xislasetmə işləri davam edir.

Teleqraf.com xəbər verir ki, hadisə Cənubi Koreyadan 100 km uzaqlıqda baş verib. Jeju adasına yollanan sərnişin gəmisi qəfildən batmağa başlayıb.


Gəmidə olan 477 nəfərdən 452-si sərnişin, 25 nəfəri isə ekipaj üzvü olub. Sərnişinlərin əksəriyyəti - 325 nəfəri Cənubi Koreyanın Ansan şəhərində olan məktəb şagirdləridir. Şagird və müəllimlər gəmi ilə adaya istirahətə gedirlərmiş.


6 min 825 tonluq gəmi naməlum səbəblərdən suda batıb. Dərhal hadisə yerinə helikopterlər və xilasedicilər göndərilib. Hazırda davam edən xilasetmə tədbirləri nəticəsində sərnişinlərin əksəriyyəti xilas edilib. Bundan əlavə 9 nəfərin cəsədi tapılıb, 235 nəfər isə itkindir. Hökümət rəsmiləri isə ölənlərin sayının artacağından narahatdır.

Qəzadan xilas olan sərnişimlər kapitanı günahlandırıb. Onlar kapitanın hər kəsdən öncə gəmidən qaçdığını iddia edib. Gəminin kapitanı Lee Joon-Seok jurnalistlərə açıqlamasında çox üzgün olduğunu deyib: "Həqiqətən, çox üzgünəm və utanc içindəyəm".

Qəzadan xilas olanlar və itkin düşənlərin yaxınları üçün qurulan çadrları ziyarət etən Cənubi Koreya baş naziri Chung Hong vətandaşların etirazı ilə qarşılanıb. Hətta baş nazirə şüşə butulka atılıb. Bununla yanaşı, Təhlükəsizlik naziri Kang Byung-Kyu yaxınınI itirən sərnişinin valideyni tərəfindən sillələnib.

Qəzda ən ürək dağlayan hadisə isə uşaqların valideynlərinə son anda göndərdikləri mesajların ortaya çıxmasıdır: "Ana, bəlkə bir daha sənə bunu demək imkanım olmadı. Səni çox sevirəm. Bunu unutma", -deyə mesaj yazan Shin Young-Jin adlı şagirdin cəsədi valideynlərinə təhvil verilib.

Xatırladaq ki, baç vermiş qəza ilə bağlı şəhər hüquq-mühafizə orqanı cinayət işi başladıb. Faktla bağlı araşdırma davam edir.

Dəniz Əliyeva


Müəllif: