19 Avqust 2015 15:28
776
12 Punto 14 Punto 16 Punto 18 Punto

Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya qüvvələri Yəmənin Xodeyra limanına aviazərbələr endiriblər.

Teleqraf.com unian.net-ə istinadən xəbər verir ki, hücum nəticəsində limanda olan hərbi anbarlardan bəziləri dağıdılıb. Rəsmi məlumatlara görə, hücumda əsas hədəf yaraqlıların hərbi bazarları olub və mülki obyektlərə ziyan dəyməyib.

Həmçinin qeyd edilib ki, gecə saatlarında koalisiyaya yardım daşıyan üç gəmi Xodeyra limanına yan alıb.

Samir


Müəllif:

Oxşar xəbərlər